Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi cəmi 25%-dir. Bunu Prezident İlham Əliyev deyib.
“Ermənistan tərəfindən son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi 25%-dir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir”, - deyə dövlət başçısı “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
B.Rüstəmbəyov