Prezident İlham Əliyev ümid edir ki, region ölkələri – Gürcüstan, Ermənistan, Rusiya və İran Bakı və Ankaranın 3+3 formatında əməkdaşlıq platforması təşəbbüsünə qoşulacaq.
“Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar”, - deyə dövlət başçısı “CNN Türk” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. “Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir”, - deyə İ.Əliyev qeyd edib.*
N.Abbasova