Bakı Ankara ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı fəal şəkildə davam etdirəcək. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq - “qasırğa”lar, hərbi maşınlar, “kobra”lar”, - deyə dövlət başçısı “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı ilə Ankara arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq davam edir. “Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”, - deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov