Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumatı təkzib edir.
“Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır”, - “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyində hesab edirlər ki, qarşı tərəf bu kimi yalan məlumatlarla “törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir”. **
A.Əzizov