Azərbaycan səfiri İlham Məmmədov təyinatından sonra hələ ki, Əfqanıstana getməyib. Bu barədə “İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunmuş İlham Məmmədov təyinatından sonra hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki Azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir", - XİN-dən vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyev 28 iyul 2021-ci il tarixində İlham Məmmədovun Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunması haqqında sərəncam imzalayıb. Məmmədov bu postda Həsən Zeynalovu əvəz edib. **
E.Şəfiyev