Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçinin həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır”, - nazirliyin məlumatında qeyd olunur.
Nazirlikdən vurğulanır ki, bazar ertəsi saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir", - MN-dən məlumat verilir. **
X.Nəsirzadə