2021-ci ilin I yarısında qeydə alınmış cinayət hadisələrinin 4,145 mini narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu barədə Dövlət Statistika Komitəsindən Daxili İşlər Nazirliyinin məlumatına istinadən məlumat verilib.
2021-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 14,928 min cinayət hadisəsinin 4,145 mini və ya 27,8%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 2,719 min nəfərin 73,7%-ni heç yerdə işləməyən və oxumayanlar, 35%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib.
Eyni zamanda, cinayət törədənlərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 7,9%-i 18-24 yaşlı, 18%-i 25-29 yaşlı gənclər, 73,9%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.
2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 2,984 ton narkotik maddələrin 618,9 kiloqramını heroin, 245,5 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.**
E.Şəfiyev