Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq gündəliyi və regional proseslər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyətini müzakirə ediblər.
“Telefon danışığı zamanı nazirlər Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
O cümlədən, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.**
E.Şəfiyev