Azərbaycanda koronavirus infeksiyasına 1 min 851 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 369,853 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 993 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Avqustun 16-na ölənlərin ümumi sayı 5 min 170 nəfərə çatıb.
Virusa yoluxmuş 339,327 min nəfər (sutka ərzində +402) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 356 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 695 (ötən gün 15 min 376 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 220,135 min test aparılıb.**
X.Nəsirzadə