2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 861 min 656,48 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-iyul aylarında Azərbaycandan $393 milyon 743,8 min dəyərində (artım 2 dəfə) bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,13%-i neft məhsullarının ixracının payına düşüb”, - Komitədən bildirilir.
2020-ci ildə Azərbaycandan $295 milyon 114,95 min dəyərində (azalma 36,2%) 1 milyon 63 min 868,13 ton (artım 8,6%) neft məhsulları ixrac edilib.**
N.Abbasova