Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.
“Ermənistan silahlı qüvvələrinin bölmələri saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - MN-dən bildirilir. **
N.Abbasova