Azərbaycan Müdafiə Nazirliyi Basarkeçər rayonu istiqamətində Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edir.
“Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil”, - nazirliyin məlumatında deyilir.
Müdafiə Nazirliyindən vurğulanır ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Ermənistan tərəfinin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”, - MN-dən bildirilir. **
N.Abbasova