Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindəki kəndlərin atəşə tutulması ilə əlaqədar qarşı tərəfin məlumatını təkzib edib.
“Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur”, - Müdafiə Nazirliyindənməlumat verilib.
Öncə Ermənistan Ombudsmanı Arman Tatoyan məlumat verib ki, guya Azərbaycan Ordusu Ermənistanın şərqində Qegarkunik vilayətinin Kut və Norabak kəndlərini atəşə tutur. **
R.Əhmədov