Azərbaycan İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 133 adda məmulat nümayiş etdirir. Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat verir.
Avqustun 17-də “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı olub və avqustun 20-dək davam edəcək.
«Sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur”, - nazirlikdən vurğulanır.
Tədbir çərçivəsində Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. **
E.Şəfiyev