Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, rəsmi Bakı işğaldan azad olunmuş ərazilərdə törədilən erməni vəhşiliyini bütün dünyaya nümayiş etdirmək məqsədilə tədbirlər keçirəcək.
“Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək”, - Əliyev Kəlbəcər rayonuna səfəri zamanı bildirib.
Əliyev vurğulayıb ki, erməni faşizmi dəyişmir və dəyişməyəcək. “Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin”, - dövlət başçısı əlavə edib. **
E.Şəfiyev