Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirirlər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Məlumata görə, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.
“Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”, - MN-in məlumatında deyilir. **
E.Şəfiyev