2021-ci ilin birinci yarısında Azərbaycan Özbəkistandan xalça idxalçılarının Top-3-nə daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Özbəkistan mətbuatı Dövlət Statistika Komitəsinə istinadən məlumat verib ki, 2021-ci ilin yanvar-iyun aylarında ümumilikdə Özbəkistan $16,5 milyon dəyərində xalça ixrac edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən $6,3 milyon çoxdur.
Özbəkistan xalçalarının idxalçıları arasında Azərbaycan 2-ci yerdədir.
2021-ci ilin yanvar-iyun aylarında Özbəkistan 15 xarici ölkəyə xalça ixrac edib. **
X.Nəsirzadə