Belarus 2021-ci ildə SOCAR şirkətinin Belarusa neft tədarükü ilə bağlı özünün müqavilə öhdəliklərini yerinə yetirəcəyinə əmindir. Bu barədə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bəyan edib.
“Bizim Belarus NEZ-lərin xammal ilə təchizatı məsələləri ilə bağlı SOCAR ilə əməkdaşlığımız ötən ildən etibarən uğurla inkişaf edir. Bu il üçün 1 milyon tona qədər neft tədarükünə dair müqavilə imzalanıb. 2021-ci ilin ötən dövrü ərzində Mozırsk NEZ-ə emal üçün 360 min ton neft tədarük olunub, hazırda tərəflərin birinin müqavilə şərtlərini yerinə yetirməyəcəyinə dair heç bir əsasımız yoxdur”, - “İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, diplomat bu barədə “Nefteximiya” portalına bildirib.
Səfir xtırladıb ki, 2020-ci il ərzində Belarusa 800 min tona yaxın Azərbaycan nefti tədarük olunub.
“Azərbaycan idxalçılarını əminliklə etibarlı adlandırmaq olar”, - Ravkov əlavə edib.
SOCAR Trading 2020-ci ilin mart ayında Belarusun “Belneftexim” konserninə neft tədarükünə başlayıb. **
N.Abbasova