Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşü zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, görüş İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.
Xəbər verildiyi kimi, Azərbaycan İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (17-20 avqust) Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş etdirir. **
E.Şəfiyev