Azərbaycanda mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 8 ilmüddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan KİV-in məlumatına görə, çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar qəbul olunub.
Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən 2020-ci ilin may ayında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Mədəniyyət Nazirliyində korrupsiya sxemlərində iştirak faktları ilə əlaqədar saxlanılıblar.
İstintaq materiallarına əsasən, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlər hər ay toplanaraq ələ keçirilib. Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib. **
X.Nəsirzadə