2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 367,7 milyon manat və ya ÜDM-in 0,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 14 milyard 49,3 milyon manat (2020-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə artım 0,3%), xərcləri 13 milyard 681,6 milyon manat (azalma 3,3%) təşkil edib.
Yanvar-iyul aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 47 milyard 262,3 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Əhmədov