2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz-kondensatla birlikdə 20 milyon 96,2 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, 20 milyon 58,6 min ton əmtəəlik neft (azalma 2,3%) hasil edilib.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 24 milyard 85,4 kubmetr qaz (artım 7,8%) hasil edilib. O cümlədən, əmtəəlik qaz hasilatı 17 milyard 756,9 milyard kubmetr (artım 11,1%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft, 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.**
N.Abbasova