Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu öz fəaliyyətini bərpa edib. Bu barədə çərşənbə axşamı RF hökumətinin saytında məlumat verilir.
Məlumata əsasən, avqustun 17-də Moskvada Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçuk Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində həyata keçirilən gələcək fəaliyyət barədə söhbət aparılıb. **