Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar çərşənbə axşamı İstanbulda keçirilən danışıqlar zamanı regiondakı vəziyyəti və ikitərəfli gündəliyi müzakirə ediblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, danışıqlar IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.
“Nazirlər son vaxtlar Ermənistanın Azərbaycanla sərhədində həyata keçirdiyi təxribatlar mövzusuna toxunublar. Akar vurğulayıb ki, Ankara bundan sonra da Azərbaycanın haqq işində Bakını dəstəkləyəcək”, - məlumatda deyilir.
Bundan başqa, görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. **
N.Abbasova