Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimizi yenidən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”,- məlumatda deyilir.
Nazirlikdən bildirilir ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. **
N.Abbasova