Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 1,6 milyon manat ayırmağı tapşırıb.
Çərşənbə günü müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq. **
E.Şəfiyev