Rusiyanın “Aeroflot” aviaşirkəti payız cədvəlində Krasnoyarsk aviahabdan 4 yeni istiqamətə - Bakı, Novosubirsk, Tümen və Özbəkistanda Fərqanə vadisinə uçuşları bəyan edib. Bu barədə “Yandeks. Raspisaniya” servisinin məlumatında qeyd olunur.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Bakıya reyslər həftənin şənbə günləri bəyan olunub (5 saat 30 dəqiqə).
Bütün bəyan edilmiş reyslər Boeing-737-800 tipli təyyarələrlə yerinə yetiriləcək. **
N.Abbasova