Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu barədə Ermənistan hökumətinin proqramında deyilir.
“Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmaması, sərhədlərin qapalı olması, Türkiyənin (Dağlıq Qarabağda - İF) 44 günlük müharibəyə açıq şəkildə cəlb olunması regional sabitlik və sülhə mənfi təsir edir. Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin normallaşmasına şərtsiz hazır olub. Və bu gün də Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanması istiqamətində səy göstərməyə hazırdır”, - proqramda deyilir.
Qeyd olunur ki, “tərəflər şərtsiz irəliləyərək, normal münasibətlərin qurulması məqsədilə qarşılıqlı etimad mühtinin formalaşması üçün əlaqədə olmalıdırlar”. **