Azərbaycan Müdafiə Nazirliyi Qarabağda Qaybalı yaşayış məntəqəsində baş vermiş yanğının söndürülməsinə çalışan yanğınsöndürmə maşınlarna Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə Ermənistan tərəfinin yaydığı bəyanatı təkzib edir.
“Avqustun 17-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18:00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub. Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib”, - MN-dən məlumat verilir.
Nazirlikdən vurğulanır ki, yanğınsöndürən maşınlara bölmələrimiz tərəfindən guya atəş açılması barədə Ermənistan tərəfinin yaydığı bəyanat yalandır, “belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”. **
B.Rüstəmbəyov