Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişafında maraqlı olduqlarını təsdiq ediblər. Bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vladimir Lavrenyuk məlumat verib.
“İnterfaks-Azərbaycan”ın BELTA Agentliyinə istinadən verdiyi məlumata görə, İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantusun birgə görüşü keçirilib.
Tərəflər hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər, istiqamətlərin geniş spektri üzrə bu sahənin inkişafında maraqlı olduqlarını təsdiq ediblər. **
E.Şəfiyev