“Unibank” ASC nizamnamə kapitalını 23,9% - 155 milyon 686,36 min manatadək artırmağı planlaşdırır.
Bankın məlumatında qeyd olunur ki, 22 sentyabr tarixində keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağında nizamnamə kapitalının 30 milyon manat artırılması məsələsinə baxılacaq.
“Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər”, - məlumatda “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynova istinad olunur.
Hazırda “Unibank”ın nizamnamə kapitalı 125 milyon 686,36 min manata bərabərdir. Kapital biq qiymətli kağız üçün nominalı 2,72 manat olan 46 milyon 208,219 min səhmə bölünüb.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir. Bankın səhmlərinin 86,3839%-i Eldar Qəribova, 7,6004%-i “Canley Finance S.A.” şirkətinə (Lüksemburq) məxsusdur. Qalan səhmdarların payı 5%-dən çox deyil.**
R.Əhmədov