Avqustun 18-də Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Azərbaycan Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
“Səfər çərçivəsində Koreya nümayəndə heyətinin parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə görüşəcəklər. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılacaq, parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunacaq”, - məlumatda deyilir.
Səfər avqustun 20-də başa çatacaq. **
A.Salayeva