Cari il Rusiya (avqustun 8-nə) 14 min ton dondurma ixrac edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur (5,8 min ton). Bu barədə Rosselxoznadzor “Arqus” informasiya sisteminin məlumatlarına istinadən məlumat verir.
“İnterfaks-Azərbaycan”ın qurumun mətbuat xidmətindən dəqiqləşdirmələrinə görə, Azərbaycana dondurma idxalı 283 ton təşkil edib.
Bu dövr ərzində süd və süd məhsullarının ixracı 122,5 min ton təşkil edib, bu da 2020-ci ilin analoji dövründən 59% çoxdur. Əsas alıcılar Ukrayna (31,6 min ton), Qazaxıstan (28,8 min ton), Azərbaycan (15,7 min ton), Belarus (10,9 min ton) və Özbəkistan (3,8 min ton) olub. **