Azərbaycanla sərhədin cənub-şərq istiqamətində hərbi mövqelərin birində Ermənistan silahlı qüvvələrinin 3 hərbi qulluqçunun güllə yaraları ilə meyitləri aşkarlanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verir.
“Avqustin 19-da saat 02:15 radələrində cənub-şərq istiqamətində N saylı hərbi hissənin hərbi mövqelərinin birində güllə yaraları ilə sıravi əsgərlər Murad Muradyan, Levon Arutyunyan, Qor Saakyanın meyitləri aşkar olunub”, - MN-nin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, həmin qulluqçuların hər biri 2002-ci il təvəllüd olub.
“Təfərrüatlar araşdırılır” – MN-dən bəyan ediblər. **