Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat verir.
Prezident Əliyev qeyd edib ki. Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər.“Dövlət başçısı əmindir ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq”, - məlumatda deyilir.
Dövlət başçısı Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etdi. “Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq”, - prezident bəyan edib.
Öz növbəsində, Park Byonq-Soq qeyd edib ki, Azərbaycan-Koreya əlaqələrinin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır. **
E.Şəfiyev