İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 42,964 min yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“2021-ci ilin yanvar-iyul ayıarında onlar üzrə dövriyyə 8,26 milyard manat təşkil edib, bu da 2020-ci ilin 7 ayın göstəricisindən 2,1 dəfə çoxdur”, - Xidmətdən qeyd ediblər.
Nəzarət-kassa aparatlarınınn quraşdırılması üzrə qrafik Nazirlər Kabineti tərəfindən təsdiq olunuv və 4 mərhələdən ibarətdir. 2022-ci ilin sonuna ölkədə bütün kassa aparatları yeni nəsil kassa aparatları ilə əvəzlənəcək. **
R.Əhmədov