2021-ci ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 21,7% - $7 milyard 481,6 milyonadək artıb. Bu barədə cümə axşamı Gürcüstanın Milli Statistika Xidməti məlumat verib.
İxrac 27,8% - $2 milyard 275,6 milyonadək, idxal - 19,3% - $5 milyard 206 milyona qədər artıb.
Gürcüstanın əsas ticarət tərəfdaşlarının onluğuna daxildir: Türkiyə, Rusiya, Çin, Azərbaycan (7,8% pay ilə), ABŞ, Ukrayna, Ermənistan, Almaniya, Bolqarıstan, İtaliya. **