2021-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi daxilolmalarını 14,2% - 5 milyard 273,7 milyon manatadək artırıb.
Hesabat dövründə vergi daxilolmaları üzrə proqnoz 126,2% səviyyəsində icra olunub.
Yanvar-iyul aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,3% olub. Vergi daxilolmalarının 27,7%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 milyard 813,2 milyon manat (artım 11,1%) təşkil edib, proqnoz 119,7% icra olunub. Neft-qaz sektoru üzrə daxilolmalar isə 1 milyard 460,5 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 218,2 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artıb. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 76,4 milyon manat təşkil edib, Hər iki yığım üzrə proqnoz müvafiq olaraq 110,8% və 110,5% səviyyəsində icra olunub.
DVX-dən qeyd olunur ki, 2021-ci il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı 643,504 min nəfər, həmçinin ƏDV ödəyicilərinin sayı 32,233 min nəfərdir. **
X.Nəsirzadə