I yarımilliyin sonuna Azərbycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17 milyard 409,9 milyon kubmetr təşkil edib.
“Ehtiyatların 86,1%-i hasilatın, 13,9%-i – ötən ildən qalığın (yeraltı qaz anbarlarında - İF) hesabına formalaşıb”, - Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2021-ci ilin yanvar-iyun aylarında əmtəəlik qazın ümumi həcmindən 35,8%-i daxili istehlak, 51,7%-i – ixraca yönəldilib, 2,8%-i – itkilərin payına düşüb, 9,7%-i – ehtiyat kimi qalıb.
DSK-nin məlumatına görə, ölkədə istehlak olunan təbii qazın 62,2%-i istehsalat üçün sərf olunub, 37,8%-i - əhaliyə satılıb.
Hesabat dövründə Azərbaycanda əhalinin qaz istehlakı 2 milyard 360,3 milyon kubmetr təşkil edib, bu da ödən ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur.
Eyni zamanda, əhali tərəfindən qaz istehlakı həcminin 37,2%-i Bakı şəhərinin, qalanı - bölgələrin payına düşüb.**
N.Abbasova