RF prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Əfqanıstanda vəziyyəti ətraflı nəzərdən keçiriblər, Qarabağda və Ukraynanın şərqində vəziyyəti müzakirə ediblər, İranın nüvə proqramı ətrafında vəziyyətə toxunublar. Bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat verib.
Makronun xahişi ilə Putin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli Qarabağa dair üçtərəfli bəyanatların icrasının gedişatı barədə məlumat verib. “Təsdiq olunub ki, regionda vəziyyət bütövlükdə sabitdir, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının təminatı ilə bağlı addımlar atılır. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk qrupunda gələcəkdə birgə fəaliyyətə ikitərəfli maraq ifadə olunub”, - məlumatda vurğulanır. **