ASAN Xidmət vətəndaşlarda COVID-19 pasportunun yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlayıb. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnivasiyalar üzrə Dövlət Agentliyibin (ASAN Xidmət) sədri Ülvi Mehdiyevməlumat verib.
«ASAN İcazə” mobil tətbiqi vasitəsilə iri ticarət mərkəzlər, restoranlar, kafelərin xidmətlərindən istifadə edən vətəndaşlarda COVID-19 pasportunun olub olmaması yoxlanılacaq. Yalnız tam vaksinasiya olunan vətəndaşlar COVID-19 pasportu əldə edə biləcəklər”, - Mehdiyev cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, COVID-19 pasportu həm vətəndaşın FIN-kodu, çap olunmuş sənəddə QR-kod və mobil telefonda sənəd əsasında yoxlanılacaq.
Qeyd edək ki, 2021-ci il sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. **
B.Rüstəmbəyov