Rusiyanın koronavirus əleyhinə “Sputnik Lite” və “AstraZeneca” vaksinlərinin kombinasiyasının vurulması Azərbaycanda 20 sınaq iştirakçılarının hər birində COVİD-19 əleyhinə anticism yaranmasına səbəb olub. Bu barədə cümə günü Rusiya BirbaşaİnvestisiyalarFondu məlumat verir.
“Tədiqatın ilk 20 iştirakçısının müşahidələriinin nəticələrinə əsasən əldə olunan ilkin məlumatlara görə, könüqllülərin 100%-də anticismlərin yaranması qeyd olunub”, - RBİF-nin məlumatında deyilir.
Eyni zamanda, Fonddan qeyd olunub ki, indiyədək Azərbaycanda sınaqlar zamanı artıq 64 nəfər vaksinin kombinasiyası ilə peyvvənd olunub. “Sputnik V”-nin ilk komponenti olan “Sputnik Lite” vaksinin “AstraZeneca”dan vaksinlə kombinasiyasının sınaqlarına cari ilin fevral ayında başlanıb.
Fonddan xatırladıblar ki, vaksinlərin kombinasiyasının kliniki tədqiqatları “qlobal proqram çərçivəsində” bir neçə ölkədə aparılır: Azərbaycan, BƏƏ və Arqentinada.
İyulun 30-da RBİF artıq məlumat verib ki, Azərbaycanda vaksinlərin kombinasiyası ilə bağlı sınaqlar zamanı, həmçinin könüllülər arasında ciddi arzuolunmayan reaksiyalar, vaksinasiya olunandan sonra COVİD-19-a yoluxma faktları qeydə alınmayıb. Qeyd olunan dövrdə 50 nəfərin “vaksin kokteyli” ilə peyvənd olunması barədə məlumat verilib. **