Azərbaycan 2022-ci il üçün il üçün COVİD-19-a qarşı vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bəyan edib.
“Növbəti il üçün vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır”, - Mövsümov cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər koronavirusa qarşı vaksin ehtiyatı var.
Вакцинация в Азербайджане стартовала с 18 января 2021 года. При вакцинации используются 4 вида вакцин.
Mövsümov məktəblərin açılması məsələsini şərh edib. “Məktəblərin açılmasına gəlincə, sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Lakin ənənəvi tədrisin bərpası sentyabrın əvvəlinə olan epidemioloji vəziyyətdən asılıdır”, - prezidentin köməkçisi əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan 15 milyon doza vaksinin ölkəyə gətirilməsi ilə bağlı müqavilələr imzalayıb.
Azərbaycanda vaksinasiyaya 2021-ci il yanvarın 18-dən start verilib. Vaksinasiya zamanı 4 vaksindən istifadə olunur. **
B.Rüstəmbəyov