Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müxətlif şəhər və rayonlarında şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı məqsədilə 7 tender elan edib.
www.tender.gov.az saytında dərc olunan tenderlərin şərtlərinə görə, Qəbələ rayonunda 4 üçotaqlı və 4 ikiotaqlı mənzilin alınması, Qax rayonunda – 3 üçotaqlı və 3 ikiotaqlı mənzilin, Mingəçevirdə - 5 üçotaqlı və 4 ikiotaqlı mənzilin, Masallı rayonunda – 4 üçotaqlı və 4 ikiotaqlı mənzilin, Yevlax rayonunda – 4 üçotaqlı və 4 ikiotaqlı mənzilin, Ağdaş rayonunda – 4 üçotaqlı və 4 ikiotaqlı mənzilin, Siyəzən rayonunda – 4 üçotaqlı və 3 ikiotaqlı mənzilin alınması nəzərdə tutulur.
ƏƏSMN tenderlər çərçivəsində 2021-ci ilin sonunadək mıənzillərin alınması prosesini başa çatdırmağa ümid edir.
Şirkətlərdən təkliflər 17 sentyabr saat 15:00-dək qəbul olunur. Tender təklifləri ilə zərflərin açılması 20 sentyabr saat 15:00-da baş tutacaq.
Əlaqə telefonu: (012) 596-09-44. Əlaqələndirici şəxs – Aydın Məmmədov.
E-mail: aydin.m.mammadov@sosial.gov.az **
X.Nəsirzadə