2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə sosial ödənişlərin həcmi 3,5 milyard manat təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“Cari ilin yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 3,5 milyard manat təşkil edib, bu da ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 milyon manat çoxdur”, - məlumatda qeyd olunur.
Nazirlikdənbildirilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir. **
X.Nəsirzadə