Avqustun 17-nə Azərbaycanda 3 milyon 57,1 min ton taxıl yığılıb, hər hektardan məhsuldarlıq 31,8 sentner təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
DSK-nin saytındakı məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuşsahənin960,4minhektarı biçilərək məhsulu yığılıb (97,7 %-i).
Komitədən qeyd olunur ki, avqustun 17-nə sahələrdən3 milyon 57,1minton məhsul toplanıb. Məhsulun1 milyon 885,4 mintonunu buğda,1 milyon 146,6mintonunu arpa,25,1min tonunu digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib. Bunu “İnterfaks-Azərbaycan” vurğulayıb.
Şəki rayonunda 199,9minton, Cəlilabad rayonunda – 176,6minton, Kürdəmirdə - 128minton), Neftçalada – 123,8 minton, Füzuli rayonunda - 118minton, Ağsu rayonunda - 113,7minton, Ağcabədi rayonunda – 105,5 min ton, Naxçıvan Muxtar Respublikasında – 188 min ton taxıl yığılıb.
“Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb”, - Komitədən vurğulanır.
Məlumata görə, məhsuldarlıq Bərdə rayonunda birhektardan44sentner, Sabirabadda - 41,9sentner, Tərtər rayonunda - 40,9sentner, Saatlıda - 40,8sentner, Ağdam rayonunda - 40,2sentner, Salyanda - 39,9sentner, İmişli rayonunda - 39,3sentner, Ağcabədi rayonunda - 39,3sentner, Samuxda - 37,4sentner, Tovuzda - 37,2sentner təşkil edib. **
B.Rüstəmbəyov