“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.
Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub. **
E.Şəfiyev