Azərbaycanda koronavirus infeksiyasına 3 min 968 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 384,886 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 min 614 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. Avqustun 20-nə ölənlərin ümumi sayı 5 min 252 nəfərə çatıb.
Virusa yoluxmuş 343,407 min nəfər (sutka ərzində +1151) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 36 min 227 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17,215 min (ötən gün 15,786 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 285,883 min test aparılıb.**
X.Nəsirzadə