Avqustun 20-25-də “Füzuli” Beynəlxalq Hava Limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilir.
“Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış “Aerodata AD-FIS-112” uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək”, - şirkətin məlumatında deyilir.
AFIS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.
Bu inikal sınağın digər aeroportlarda neçə keçirilməsi ilə aşağıdakı videoda tanış olmaq mümkündür: https://youtu.be/jhIyEj2RwIs **
A.Salayeva