Azərbaycanda koronavirus infeksiyasına 3 min 69 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 391,506 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 min 551 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. Avqustun 22-nə ölənlərin ümumi sayı 5 min 308 nəfərə çatıb.
Virusa yoluxmuş 345,783 min nəfər (sutka ərzində +1 min 180) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 40 min 415 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 976 (ötən gün 18 min 982 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 319,841 min test aparılıb.**
A.Salayeva